Goranboyda yol-nəqliyyat hadisəsi baş verib, 8 nəfər xəsarət alıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Goranboy-Borsunlu-Gəncə magistral yolunda qeydə alınıb.
Rayonun Veyisli kənd sakini 1986-ci il təvəllüdlü X.Cəfərovun idarə etdiyi “Ford Fusion” markalı minik avtomobili ilə Balakürd kənd sakini, 1990-cı il təvəllüdlü A.Nəbiyevin idarə etdiyi “QAZel” markalı mikroavtobus toqquşub. Qəzada xəsarət alanların Goranboy sakinləri olduğu bildirilir.
Araşdırma aparılır.
