Goranboyda baş verən yol qəzasında 8 nəfər xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə səhər saatlarında Goranboy-Borsunlu-Gəncə magistral yolunda qeydə alınıb. Rayonun Veyisli kənd sakini 1986-ci il təvəllüdlü X.Cəfərovun idarə etdiyi "Ford Fusion" markalı minik avtomobili ilə Balakürd kənd sakini, 1990-cı il təvəllüdlü A.Nəbiyevin idarə etdiyi "QAZel" markalı mikroavtobus toqquşub. Qəzada xəsarət alanların Goranboy sakinləri olduğu bildirilir.
Araşdırma aparılır.
***
09.37
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy-Borsunlu yolunda qeydə alınıb. Hərəktədə olan Ford markalı mikroavtobusla Ford markalı minik avtomobilli toqquşub.
Qəza zamanı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.