Yazını böyüt
Yazını kiçilt
Goranboyda baş verən yol qəzasında 8 nəfər xəsarət alıb.
APA-nın məlumatına görə, hadisə səhər saatlarında Goranboy-Borsunlu-Gəncə magistral yolunda qeydə alınıb. Rayonun Veyisli kənd sakini 1986-ci il təvəllüdlü X.Cəfərovun idarə etdiyi "Ford Fusion" markalı minik avtomobili ilə Balakürd kənd sakini, 1990-cı il təvəllüdlü A.Nəbiyevin idarə etdiyi "QAZel" markalı mikroavtobus toqquşub. Qəzada xəsarət alanların Goranboy sakinləri olduğu bildirilir.
Araşdırma aparılır.