RU

“Neftçi” ilə oyunda problem yaşayan “Qarabağ”lı hirsindən butsunu yerə çırpdı - VİDEO

“Qarabağ”ın legioneri Joni Montiel “Neftçi”yə qarşı keçirilən Misli Premyer Liqasının 21-ci turunun təxirə salınmış oyununda zədə alıb.

Sportinfo.az xəbər verir ki, rəqib oyunçu Emil Səfərovun topa müdaxiləsi zamanı ispaniyalı yarımmüdafiəçinin ayağı zədələnib.

Bu səbəbdən o, 41-ci dəqiqədə Musa Qurbanlı ilə əvəzlənib.

Montiel meydanı əsəbi halda tərk edib, hətta butsunu yerə çırpıb.

Избранный
58
50
sportinfo.az

10Источники