“Fire League Şirkətlər 2026” turnirinin püşkatma mərasimi keçirilib.
Minifutbol Federasiyasının dəstəyi, “Fire League”nın təşkilatçılığı, “YARA Tekstil”in forma sponsorluğu ilə keçiriləcək yarış 3 may – 28 iyun tarixlərini əhatə edəcək.
5 komandadan ibarət 4 qrupda ümumilikdə 20 komanda yer alıb ki, bu, turnirdə təxminən 300 nəfərin top dalınca qaçacağı deməkdir.
Sayca beşinci olan çempionatda iddialı komandaların eyni qrupda yer alması püşkatma mərasimində iştirak edən nümayəndələrin marağına səbəb olub.
A qrupu
SOCAR Azneft İB
Bir ekosistemi
İK Tex
Azerimed
Gavali Azərbaycan
B qrupu
Azfar Group
Embafinans
VTB Bank
Şahdağ Turizm Mərkəzi
Unibank
C qrupu
Favorite Premium Market
Siyəzən Broyler
Rosko
Azersun
166 Yükdaşıma və Logistika
D qrupu
Surakhanı Oil
Avromed
Metak
Global Logistics
Yelo Bank
Qrup mərhələsinin yekununda 5-ci yeri turanlar yarışla vidaşacaq.
1-ci yeri tutanlar digər qrupun 4-cüsu, 2-ci yeri tutanlar isə digər qrupun 3-cüsü ilə 1/8 finalda üz-üzə gələcək. Ardınca 1/4, yarımfinal mərhələsinin matçları keçiriləcək, iyunun 28-də Bakı Tennis Akademiyasında final qarşılaşması gerçəkləşəcək.
Maraq üçün bildirək ki, sonuncu yarışın qalibi adını “Veysəloğlu” şirkəti qazanıb.
HƏBİB / SPORTİNFO.AZ