RU

Suqovuşanda “Prezident Kuboku-2026” reqatasına start verilir

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasına bu gün Suqovuşanda start veriləcək.

90deqiqe.Az-ın məlumatına görə, yarışların ilk günündə idmançılar 1 nəfərlik kayak və kanoe qayıqları ilə 200 metr məsafədə qüvvələrini sınayacaqlar. Mübarizəyə saat 13:00-da start veriləcək, final mərhələsinin isə saat 14:10-da başlanması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Su İdman Növləri Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

Reqataya mayın 1-də yekun vurulacaq. Yarışın son iki mərhələsi isə Mingəçevirdə təşkil olunacaq.

Избранный
74
3
90deqiqe.az

10Источники