AZ

“Prezident Kuboku 2026”: Bu gün ilk mükafatçılar müəyyənləşəcək

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasında bu gün ilk mükafatçılar müəyyənləşəcək.

XQ xəbər verir ki, mübarizəyə Suqovuşanda, saat 12:00-da start veriləcək. Günündə yekununda mükafatçılar təltif olunacaq.

Qeyd edək ki, reqatada Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan turnirə aprelin 27-də Ağdərənin Sərsəng su anbarında start verilib. Reqata mayın 1-də başa çatacaq.
 

Seçilən
69
6
xalqqazeti.az

10Mənbələr