AZ

Suqovuşanda “Prezident Kuboku-2026” beynəlxalq reqatasına start verilib

Suqovuşanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən akademik avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda müxtəlif yaş qruplarına aid avarçəkənlər 1 nəfərlik kayak və kanoe qayıqlarında 200 metr məsafədə mübarizə aparırlar.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

Reqata mayın 1-də yekunlaşacaq.

Seçilən
71
3
90deqiqe.az

10Mənbələr