RU

Prezident Kuboku 2026 : Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasında bu gün ilk mükafatçılar müəyyənləşəcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, mübarizəyə Suqovuşanda, saat 12:00-da start veriləcək.

Günündə yekununda mükafatçılar təltif olunacaqlar.

Qeyd edək ki, reqatada Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan turnirə aprelin 27-də Ağdərənin Sərsəng su anbarında start verilib. Reqata mayın 1-də başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
89
3
baku.ws

10Источники