"Qarabağ" Azərbaycan çempionatları tarixində 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb.
Fanat.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, "köhlənlər" Misli Premyer Liqasının 29-cu turunda "Neftçi"ni 5:1 hesabı ilə üstələyiblər.
"Qarabağ" turnirdə qazanılan böyükhesablı qələbələrin həm ümumi sayında, həm də səfərdəki göstəricidə rekordçudur.
Komanda çempionatda rəqib meydanında ilk belə qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Kürdəmir "Şirvan"ı ilə görüşdə qonaqlar üç cavabsız qolla qalib gəlib.