AZ

"Qarabağ" 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb

"Qarabağ" Azərbaycan çempionatları tarixində 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb.

"Cebheinfo.az" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Ağdam klubu Misli Premyer Liqasının XXIX turunda yubileyi gerçəkləşdirib.

"Neftçi"nin qonağı olan ağdamlılar üç xalı 5 qolla qazanıblar – 5:1.

"Qarabağ" turnirdə qazanılan böyükhesablı qələbələrin həm ümumi sayında, həm də səfərdəki göstəricidə rekordçudur.

Komanda çempionatda rəqib meydanında ilk belə qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Kürdəmir "Şirvan"ı ilə görüşdə qonaqlar üç cavabsız qolla qalib gəlib.

"Cebheinfo.az"

Seçilən
42
14
cebheinfo.az

10Mənbələr