AZ

“Qarabağ” 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb

“Qarabağ” Azərbaycan çempionatları tarixində 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb.

İdmanxeber.az PFL-ə istiandən xəbər verir ki, Ağdam klubu Misli Premyer Liqasının XXIX turunda yubileyi gerçəkləşdirib. “Neftçi”nin qonağı olan ağdamlılar üç xalı 5 qolla qazanıblar – 5:1.

“Qarabağ” turnirdə qazanılan böyükhesablı qələbələrin həm ümumi sayında, həm də səfərdəki göstəricidə rekordçudur. Komanda çempionatda rəqib meydanında ilk belə qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Kürdəmir “Şirvan”ı ilə görüşdə qonaqlar üç cavabsız qolla qalib gəlib.

Seçilən
25
14
idmanxeber.az

10Mənbələr