RU

Rusiyadan Ermənistana SƏRT QADAĞA - Məhsullar mağazalardan YIĞIŞDIRILIR

Rusiyanın "Çestnıy znak" dövlət markalanma sistemi Ermənistandan idxal edilən "Cermuk" mineral sularının mağazalarda satışını dayandırıb.

Musavat.com xəbər verir ki, hazırda dövriyyədə olan 338 min şüşə mineral su yoxlamalar başa çatana qədər bloklanıb.

Məhsulun markalanma operatoru olan Perspektiv Texnologiyaların İnkişafı Mərkəzinin baş direktor müavini Revaz Yusupovun RBC-yə verdiyi məlumata görə, bu addım məhsulun təhlükəsizlik standartlarına uyğunluğunun yoxlanılması məqsədilə atılıb.

"Rospotrebnadzor"un rəsmi məktubunda isə qeyd olunub ki, Rusiya vətəndaşlarının həyat və sağlamlığına dəyə biləcək mümkün zərərin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi zəruridir.

Məlumata görə, bloklanmaya səbəb "məcburi tələblərin pozulması" hallarıdır. Bildirilir ki, qadağa xüsusilə 17 fevral 2026-cı il və 5 mart 2026-cı il tarixlərində istehsal olunmuş partiyalara şamil edilib.

Musavat.com

Избранный
17
29
musavat.com

10Источники