AZ

Aİ nin 90 milyard avroluq kreditindən sonra Ukraynaya təzyiq artıb

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Avropa İttifaqının Ukraynaya 90 milyard avro həcmində kredit ayırmasını təsdiqləməsindən sonra Kiyevə göstərilən təzyiqin artdığı bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə Berliner Zeitung nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Ukrayna münaqişəsi maliyyə baxımından daha da gərginləşir. Brüssel Kiyevə milyardlarla avro yardım ayırsa da, bunun yetərli olmadığı vurğulanır.

Nəşrin yazdığına görə, Avropa prosesə daha çox cəlb olunduqca və Amerika Birləşmiş Ştatları geri çəkildikcə yeni böhran riski yaranır. Eyni zamanda, Avropa fondlarından asılılığın artması Ukrayna rəhbərliyi üzərində donorların etimadını qazanmaq üçün əlavə təzyiq formalaşdırır.

Məlumatda vurğulanır ki, Kiyev yalnız Avropa İttifaqının ayırdığı vəsait hesabına bütün problemlərini həll edə bilməz. Ukraynanın maliyyə çatışmazlığının ilkin gözləntilərdən daha böyük olduğu bildirilir.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
50
redaktor.az

10Mənbələr