RU

Cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanıldı

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 156, o cümlədən borclu şəxs qismində axtarışda olan 119 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 38 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb.
 
Избранный
4
34
moderator.az

10Источники