
Aprelin 23-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 156 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 119 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 38 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb.