RU

İran Hörmüz boğazı ilə bağlı açıqlama verdi

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf atəşkəsin pozulduğu şəraitdə Hörmüz boğazının açılmasının mümkün olmayacağını bildirib.

Turkustan.az xəbər verir ki, Qalibaf ABŞ prezidenti Donald Trampın İranla atəşkəsin uzadılması ilə bağlı açıqlamasına münasibət bildirərkən qeyd edib ki, atəşkəs yalnız müəyyən şərtlər daxilində məna kəsb edir.

O, ABŞ-da yerləşən X sosial media platformasındakı hesabında yazıb ki, real və davamlı atəşkəs dəniz blokadasının aradan qaldırılması və qlobal iqtisadiyyatın təhlükə altına salınmaması ilə mümkün ola bilər.

Qalibaf vurğulayıb ki, atəşkəs ciddi şəkildə pozularsa, Hörmüz boğazının açıq qalması mümkün deyil. Onun sözlərinə görə, sabitlik yalnız bütün tərəflərin gərginliyi artıran addımlardan çəkinməsi halında təmin oluna bilər

Aytən Yaşar/ Turkustan.az

Избранный
113
4
turkustan.az

10Источники