AZ

Qalibaf Trampa cavab verdi

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin uzadılması ilə bağlı açıqlamasına münasibət bildirib.Metbuat.az xəbər verir ki, o bildirib ki, atəşkəs yalnız tam şəkildə qorunduğu halda məna daşıyır. Qalibaf qeyd edib ki, əgər dəniz blokadası davam edərsə və ya dünya iqtisadiyyatına zərər vurularsa, bu, atəşkəsin pozulması sayılır. Onun sözlərinə görə, belə şəraitdə Hörmüz boğazının açılması mümkün deyil. O həmçinin bildirib ki, müharibə və təzyiq yolu ilə nəticə əldə etmək mümkün deyil.

Qalibafın sözlərinə görə, problemin həlli üçün İran xalqının hüquqları qəbul olunmalıdır.

Seçilən
65
5
metbuat.az

10Mənbələr