ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla əldə oluna biləcək yeni saziş əvvəlki razılaşmalardan daha effektiv olacaq.
Publika.az xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, əvvəlki İran nüvə sazişi Barak Obama və Co Bayden administrasiyaları dövründə imzalanmış və ABŞ-nin təhlükəsizliyi baxımından “ən pis sövdələşmələrdən biri” olub.
Trampın sözlərinə görə, həmin razılaşma İranın nüvə silahına sahib olmasına zəmanətli yol açırdı. O iddia edib ki, saziş çərçivəsində İrana böyük həcmdə maliyyə vəsaiti ayrılıb, o cümlədən 1,7 milyard dollar nağd vəsait təyyarə ilə göndərilib.