AZ

Tramp qələbəsini elan etdi

Mən müharibədə böyük fərqlə qalib gəlirəm. Onlar görürlər ki, blokada İranı məhv edir. Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O, sosial media hesabındakı paylaşımında bildirib ki, İran gündə 500 milyon dollar itirir və bu, hətta qısa müddətdə belə davam etdirilə bilməz. Tramp iddia edib ki, İranla imzalayacaqları müqavilə Barak Obama administrasiyası dövründə imzalanmış və Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan nüvə müqaviləsindən daha yaxşı olacaq.

Tramp, “Bizim yalnız bir şərtimiz var, əgər onlar əməl etməsələr, nə baş verəcəyini bilirlər”, - deyə qeyd edib.

Seçilən
15
50
metbuat.az

10Mənbələr