RU

İranla əldə oluna biləcək yeni saziş əvvəlki razılaşmalardan daha effektiv olacaq - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla əldə olunabiləcək yeni saziş əvvəlki razılaşmalardan daha effektivolacaq.

Trend xəbər verir ki, bubarədə Tramp “Truth” sosial şəbəkəsində paylaşımında qeyd edib.

Tramp bildirib ki, əvvəlki İran nüvə sazişi Barak Obama və CoBayden administrasiyaları dövründə imzalanmış və ABŞ-nintəhlükəsizliyi baxımından “ən pis sövdələşmələrdən biri” olub.

Trampın sözlərinə görə, həmin razılaşma İranın nüvə silahınasahib olmasına zəmanətli yol açırdı. O iddia edib ki, sazişçərçivəsində İrana böyük həcmdə maliyyə vəsaiti ayrılıb, o cümlədən1,7 milyard dollar nağd vəsait təyyarə ilə göndərilib.

ABŞ Prezidenti vurğulayıb ki, onun təşəbbüsü ilə əldə ediləcəkyeni razılaşma təkcə İsrail və Yaxın Şərq üçün deyil, həm də Avropavə ABŞ üçün sülh, təhlükəsizlik və sabitliyə xidmət edəcək.

“Əgər belə bir saziş baş tutarsa, bu, dünyanın fəxr edəcəyi birnəticə olacaq və uzun illər davam edən uğursuz siyasətin əvəziniçıxacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Избранный
31
12
az.trend.az

10Источники