Novak Cokoviç dünya tennis tarixində daha bir nailiyyətə imza atıb. ATP reytinqinin ilk "beşliyində" ən çox qalan idmançı kimi yeni rekordu rəsmiləşdirib.

Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, o, ATP reytinqinin ilk "beşliyində" ən uzun müddət qalan idmançı kimi yeni rekordu rəsmiləşdirib.

"Böyük Dəbilqə" turnirlərinin 24 qat qalibi bu həftə ilk "5-lik"dəki 860-cı həftəsinə qədəm qoyub. Bununla da o, isveçrəli Rocer Federerə məxsus olan 859 həftəlik rekordu geridə qoyaraq zirvənin yeni sahibi olub.

Maraqlıdır ki, Cokovic bu müddətin tam yarısını - 428 həftəsini reytinqin birinci pilləsində, yəni mütləq lider kimi keçirib. Qalan müddətdə isə o, 171 həftə ikinci, 167 həftə üçüncü, 59 həftə dördüncü və 35 həftə beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, serbiyalı ulduz cari mövsümdə sonuncu dəfə İndian-Uellsdəki "Masters" turnirində mübarizə aparıb. Orada Cek Dreyperə məğlub olduqdan sonra təcrübəli tennisçi Mayami, Monte-Karlo və Madrid turnirlərində iştirakdan imtina edib.