Serb tennisçi Novak Cokoviç ATP reytinqinin ilk beşliyində keçirdiyi həftələrin sayına görə rekord qırıb.
"Unikal" sport24.ru-ya istinadən xəbər verir ki, 38 yaşlı idmançı hazırda dünyanın ən yaxşı tennisçiləri siyahısında dördüncü yerdədir.
Hazırda N.Cokoviçin karyerası ərzində dünyanın ən yaxşı beşliyində keçirdiyi artıq 860-cı həftəsi başlayıb.
Bu göstəriciyə görə o, Rocer Federerin rekordunu (859 həftə) geridə qoyub. Reytinqin ilk beşliyində olma müddətinə görə üçüncü yerdə 837 həftə ilə Rafael Nadal qərarlaşıb.
Qeyd edək ki, N.Cokoviç dünyanın birinci raketkası statusunda 428 həftə, R.Federer 310, R.Nadal isə 209 həftə keçirib.