RU

Azərbaycanda tullantıların həcmi 1 %-dən çox artıb

2025-ci ildə Azərbaycanda 4 milyon 426,4 min ton və yaxud 2024-cü illə müqayisədə 1,4 % çox tullantı əmələ gəlib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 73,5 %-ni bərk məişət tullantıları, 26,5 %-ni isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Ötən il yaranmış tullantıların 3 milyon 251,2 min tonu və yaxud 82,1 %-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 17,4 %-i enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 %-i ölkə daxilində satılıb. Məişət tullantılarının yandırılması nəticəsində 222,1 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, istehsalat tullantılarının 16,8 %-i müəssisələrdə xammal kimi istifadə edilib, 23,4 %-i satılıb, 9,9 %-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 49,9 %-i isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 272,2 min ton təhlükəli tullantı yaranıb və onların payı 6,1 % təşkil edib. Yaranmış təhlükəli tullantıların 71,9 %-i mədənçıxarma sənayesi, 18,9 %-i emal sənayesi, 9,2 %-i isə digər sahələrin payına düşüb.

"Cebheinfo.az"

Избранный
4
3
cebheinfo.az

4Источники