AZ

Azərbaycanda tullantıların həcmi 1 %-dən çox artıb

2025-ci ildə Azərbaycanda 4 milyon 426,4 min ton və yaxud 2024-cü illə müqayisədə 1,4 % çox tullantı əmələ gəlib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 73,5 %-ni bərk məişət tullantıları, 26,5 %-ni isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Ötən il yaranmış 3251,2 min ton bərk məişət tullantılarının 82,1 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 17,4 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunmuş, 0,5 faizi ölkə daxilində satılmışdır. Məişət tullantılarının yandırılması nəticəsində 222,1 milyon kVt·st elektrik enerjisi istehsal edilmişdir.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 16,8 faizi müəssisələrdə xammal kimi istifadə edilmiş, 23,4 faizi satılmış, 9,9 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 49,9 faizi isə müəssisələrdə qalmışdır.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2025-ci ildə 272,2 min ton təhlükəli tullantı yaranmış və onların payı tullantıların ümumi miqdarında 6,1 faiz təşkil etmişdir. Yaranmış təhlükəli tullantıların 71,9 faizi mədənçıxarma sənayesi, 18,9 faizi emal sənayesi, 9,2 faizi isə digər sahələrin payına düşür.

Seçilən
12
3
far.az

4Mənbələr