RU

Hazırda ABŞ və İran arasında nə baş verir?

ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı məsələlərin təxminən 80 faizi üzrə razılığa gəliblər.

Publika.az xəbər verir ki, bu barədə mənbələrə istinadla "Habertürk" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, artıq ciddi irəliləyişin qeydə alındığı nüvə dosyası da daxil olmaqla, danışıqlar prosesi bir neçə istiqamətdə aparılır və mövcud informasiyaya görə, bu dosyadakı mövzuların böyük əksəriyyəti razılaşdırılıb.

Qeyd olunub ki, qalan məsələlər ətrafında müzakirələr davam edir və tərəflər cari dialoq çərçivəsində əlaqələrini saxlayırlar.

Избранный
17
50
publika.az

10Источники