
ABŞ və İran arasında aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunub. Axios portalının məlumatına görə, tərəflər müharibənin dayandırılmasına dair çərçivə sazişinə yaxınlaşıblar.
Məlumata əsasən, Amerika Birləşmiş Ştatları və İran nümayəndələri çərşənbə axşamı keçirilən danışıqlarda irəliləyişə nail olublar. İki amerikalı rəsmi bildirib ki, tərəflər atəşkəsin başa çatacağı 21 aprel tarixinə qədər yekun razılaşmaya gəlməyə çalışır.
Danışıqlarda Pakistan, Misir və Türkiyə vasitəçi rolunu oynayır. Məqsəd qalan fikir ayrılıqlarını aradan qaldırmaq və razılaşmanı yekunlaşdırmaqdır.
ABŞ Prezidenti Donald Trump-ın danışıqlar komandası – vitse-prezident J. D. Vance, Ağ Evin xüsusi nümayəndəsi Steve Witkoff və baş məsləhətçi Jared Kushner – danışıqları davam etdirərək İran tərəfi və vasitəçilərlə mütəmadi əlaqə saxlayır, təklif layihələrini mübadilə edir.
ABŞ rəsmisinin sözlərinə görə, hər iki tərəfdə razılaşmaya maraq var:
“Biz razılaşma əldə etmək istəyirik. Onların hökumətinin bir hissəsi də bunu istəyir. İndi əsas məsələ bütün hökuməti bu razılaşmaya inandırmaqdır.”
Qeyd edək ki, tərəflər arasında əldə olunacaq mümkün razılaşma regionda gərginliyin azalmasına və hərbi əməliyyatların dayandırılmasına səbəb ola bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta