RU

Alimlər parasetamolun autizmlə əlaqəsi barədə mifləri təkzib etdi

Hamiləlik zamanı parasetamol qəbulunun uşaqlarda autizm riskini artırmadığı müəyyən edilib. Bu nəticəyə Danimarka alimləri 1,5 milyondan çox uşağın məlumatlarını təhlil etdikdən sonra gəliblər. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “JAMA Pediatrics” jurnalında dərc olunub.

Araşdırmaya 1997–2022-ci illər arasında Danimarkada doğulan uşaqların məlumatları daxil edilib. Nəticələr göstərib ki, hamiləlik zamanı anaları parasetamol qəbul edən uşaqların 1,8%-də autizm diaqnozu qoyulub. Müqayisə üçün, dərmanı qəbul etməyən anaların uşaqları arasında bu göstərici 3% təşkil edib. Beləliklə, alimlər səbəb-nəticə əlaqəsinə dair sübut tapmayıblar.

Alimlərin fikrincə, bu nəticələr əvvəlki tədqiqatlarla da üst-üstə düşür. O cümlədən, bacı-qardaşlar üzərində aparılan araşdırmalar da parasetamolun autizm riskinə təsir göstərmədiyini ortaya qoyub. Mütəxəssislər qeyd edir ki, bu pozuntunun inkişafı genetik və mühit faktorlarının kompleks təsiri ilə bağlıdır.

Buna baxmayaraq, mövzu əvvəllər ictimai müzakirələrə səbəb olmuşdu. Xüsusilə Donald Tramp hamilə qadınları elmi sübutlar olmadan bu dərmandan uzaq durmağa çağırmışdı. Bundan sonra ABŞ-ın Qida və Dərman Administrasiyası (“FDA”) təhlükəsizlik məlumatlarının yenidən nəzərdən keçirilməsinə başlamışdı.

Dərmanın istehsalçısı “Kenvue” şirkəti və “Amerika Akuşer və Ginekoloqlar Kolleci” daxil olmaqla bir sıra tibbi qurumlar bu iddialara qarşı çıxıb. Onlar bildiriblər ki, parasetamol hamiləlik zamanı ağrı və hərarəti azaltmaq üçün istifadə edilən ən təhlükəsiz vasitələrdən biridir.

Ekspertlər əlavə edirlər ki, alternativ preparatlar — məsələn, ibuprofen — əksinə, hamiləlik dövründə fəsad riskini artıra bilər və adətən tövsiyə olunmur.

Samir
 

Избранный
2
30
hit.az

10Источники