İran yeni ali lideri Müctəba Xamənei hava hücumundan sonra ölkəni uzaqdan idarə edir, lakin onun səhhəti və təsiri imkanları sual altındadır.
Ökə.az “reuters”ə istiandən xəbər verir ki, yeni lider Müctəba Xamenei hava hücumu zamanı ciddi və bədəni şikəst vəziyyətə salan bir xəsarət alıb.
Nəşr yaxın mənbələrinə istinadən yazıb ki, yeni lider hətta ayağından birini itirmiş ola biləcəyini də ehtimal edirlər.
Buna baxmayaraq, mənbələrə görə, 56 yaşlı Xamenei əqli cəhətdən sabitdir və vəzifələrini uzaqdan yerinə yetirməyə davam edir “O audio və video bağlantı vasitəsilə görüşlərdə iştirak edir və xüsusilə müharibə və ABŞ ilə danışıqlarla bağlı əsas qərarlara təsir göstərir”, - nəşr yazıb.
Agentlik onu da yazıb ki, İranın BMT-dəki rəsmi nümayəndəsi Xameneinin səhhəti ilə bağlı sorğulara cavab verməyib.
Ekspertlər qeyd edirlər ki, xəsarətlər olmasa belə, yeni liderin təsiri məhdud ola bilər. Analitik Aleks Vatankanın fikrincə, Xamenei hələ atası qədər gücə malik deyil və onu möhkəmləndirmək üçün illər lazım olacaq.
Əslində hazırda SEPAH strateji qərarların qəbulunda əsas rol oynayır və yeni liderin hakimiyyətdə möhkəmlənməsinə kömək edir.
Hökumət tərəfdarları yeni liderin ictimaiyyətə görünməməsinin və ya göstərilməməsinin səbəbi kimi
ABŞ və İsrailin gələcək zərbələri riskinə görə məxfi saxlanılır.
Mənbələrə görə, liderin ilk ictimai fotoları və ya görünüşləri, sağlamlığı və təhlükəsizlik vəziyyəti imkan verərsə, yalnız bir neçə aydan sonra baş tuta bilər.
Mürtəza