RU

Şahin Mustafayev: İranla sərhəddə sutkada 1000 ə yaxın yük maşını buraxılacaq

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

"Azərbaycan-İran sərhədindəki infrastruktur sutkada 1 000-ə yaxın yük maşınının buraxılmasına imkan verəcək".

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Şahin Mustafayev Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.

"Daha əvvəl biz Rusiya nümayəndə heyəti ilə birlikdə Ağbənd qəsəbəsi istiqamətində avtomobil yolu, avtomobil körpüsü və Azərbaycan-İran sərhədində inşa edilməkdə olan buraxılış məntəqələri daxil olmaqla, "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qollarının əsas komponentlərinə baxış keçirmişik. Bu infrastruktur sutkada minə yaxın yük avtomobilinin buraxılış qabiliyyətini təmin edəcək", - Ş.Mustafayev qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
3
avtosfer.az

4Источники