AZ

İranla sərhəddə sutkada 1000 ə yaxın yük maşını buraxılacaq

Modern.az saytına istinadən ain.az xəbər verir.

"Azərbaycan-İran sərhədindəki infrastruktur sutkada 1000-ə yaxın yük maşınının buraxılmasına imkan verəcək".

Modern.az xəbər verir ki, bu barədə baş nazirin müavini Şahin Mustafayev Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.

"Daha əvvəl biz Rusiya nümayəndə heyəti ilə birlikdə Ağbənd qəsəbəsi istiqamətində avtomobil yolu, avtomobil körpüsü və Azərbaycan-İran sərhədində inşa edilməkdə olan buraxılış məntəqələri daxil olmaqla, "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qollarının əsas komponentlərinə baxış keçirmişik. Bu infrastruktur sutkada minə yaxın yük avtomobilinin buraxılış qabiliyyətini təmin edəcək", - Ş.Mustafayev qeyd edib. ("Report")

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
modern.az

4Mənbələr