AZ

"İranla sərhəddə sutkada 1000-ə yaxın yük maşını buraxılacaq" - Şahin Mustafayev

Azərbaycan-İran sərhədindəki infrastruktur sutkada 1 000-ə yaxın yük maşınının buraxılmasına imkan verəcək.

"Report" xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.

"Daha əvvəl biz Rusiya nümayəndə heyəti ilə birlikdə Ağbənd qəsəbəsi istiqamətində avtomobil yolu, avtomobil körpüsü və Azərbaycan-İran sərhədində inşa edilməkdə olan buraxılış məntəqələri daxil olmaqla, "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qollarının əsas komponentlərinə baxış keçirmişik. Bu infrastruktur sutkada minə yaxın yük avtomobilinin buraxılış qabiliyyətini təmin edəcək", - o qeyd edib.

Seçilən
0
3
qaziler.az

4Mənbələr