AFFA-nın inzibati binasında Lisenziya və Qeydiyyat Departamentinin maliyyə mütəxəssisləri tərəfindən Misli Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün seminar keçirilib.
Apasport.az xəbər verir ki, tədbir UEFA-nın IT Solution proqramına (CL/FFP IT Solution) maliyyə məlumatlarının daxil edilməsi mövzusuna həsr olunub.
Seminarda IT Solution proqramında baş vermiş yeniliklər müzakirə edilib, maliyyə menecerlərinə nəzəri və praktiki təlimlər keçirilib. Sonda klub nümayəndələri 2025-ci maliyyə ili üzrə müvafiq məlumatları proqrama daxil ediblər. Eyni zamanda, seminar iştirakçılarının sualları AFFA-nın maliyyə mütəxəssisləri tərəfindən cavablandırılıb və onlara ətraflı praktiki izahlar təqdim edilib.
"Mingəçevir" 2-ci pilləyə yüksəldi
II Liqa: 2 turun təqvimi açıqlanıb
"Neftçi" bu oyunla hər şeyi həll edə bilər" - Arif Əsədov
"Qarabağ" - "Sabah" matçının HAKİMLƏRİ BƏLLİ OLDU
"Sabah" onunla bağlı qərarını verdi: YAYDA GÖNDƏRİLƏCƏK - ÖZƏL