AZ

AFFA da Premyer Liqa klubları üçün seminar

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA -da Premyer Liqa klubları üçün seminar

AFFA-nın inzibati binasında Lisenziya və Qeydiyyat Departamentinin maliyyə mütəxəssisləri tərəfindən Misli Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün seminar keçirilib.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbir UEFA-nın IT Solution proqramına (CL/FFP IT Solution) maliyyə məlumatlarının daxil edilməsi mövzusuna həsr olunub.

Seminarda IT Solution proqramında baş vermiş yeniliklər müzakirə edilib, maliyyə menecerlərinə nəzəri və praktiki təlimlər keçirilib.

Sonda klub nümayəndələri 2025-ci maliyyə ili üzrə müvafiq məlumatları proqrama daxil ediblər. Eyni zamanda, seminar iştirakçılarının sualları AFFA-nın maliyyə mütəxəssisləri tərəfindən cavablandırılıb və onlara ətraflı praktiki izahlar təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
11
qol.az

10Mənbələr