RU

Bu gün “Neftçi” və “Zirə” qarşılaşacaq

Bu
Bu gün Misli Premyer Liqasında 28-ci tura start verilir. 1news.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək.
Əvvəlcə “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək. Oyun saat 17:00-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyununda “Araz-Naxçıvan” 2:1 hesabı ilə qalib gəlib. İkinci dövrənin matçında isə 1:1 hesabı qeydə alınıb. Günün digər matçında isə “Neftçi” “Zirə”nin qonağı olacaq. “Neftçi” - “Zirə” qarşılaşması avrokuboklara getmək yolunda vacib oyun sayılır. Oyunun start fiti saat 19:30-da veriləcək. Komandaların ilk iki dövrədəki oyunlarında qalib müəyyənləşməyib - 2:2, 0:0. 17 aprel (cümə) 17:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”. “SOCAR Polymer Arena”. 19:30. “Zirə” – “Neftçi”. Zirə İdman Kompleksinin stadionu. 18 aprel (şənbə) 15:30. “Karvan-Yevlax” – “Şamaxı”. Yevlax şəhər stadionu. 19:30. “Qarabağ” – “Sabah”. Tofiq Bəhramov adına Respublika Stadionu. 19 aprel (bazar) 15:30. “Kəpəz” – “İmişli”; Yevlax şəhər stadionu; 18:00. “Sumqayıt” – “Qəbələ”;

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Избранный
17
11
1news.az

10Источники