Bakı, 16 aprel, AZƏRTAC
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya sahibkarlar arasında idxal-ixrac əməliyyatları, maliyyə xidmətləri, vergi və turizm sahələri üzrə sorğu keçirir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sorğu ölkədə sahibkarlıq mühitinin inkişafının dəstəklənməsi və rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə keçirilir. Komissiya biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasına töhfə vermək üçün sahibkarları sorğuda fəal iştiraka dəvət edir.