AZ

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya sahibkarlar arasında sorğuya başlayıb

Bakı, 16 aprel, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya sahibkarlar arasında idxal-ixrac əməliyyatları, maliyyə xidmətləri, vergi və turizm sahələri üzrə sorğu keçirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sorğu ölkədə sahibkarlıq mühitinin inkişafının dəstəklənməsi və rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə keçirilir. Komissiya biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasına töhfə vermək üçün sahibkarları sorğuda fəal iştiraka dəvət edir.

Seçilən
31
1
azertag.az

2Mənbələr