Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan I və II Liqasında komanda sayı artırıla bilər.Bizim.Media xəbər verir ki, bununla bağlı çalışmalara start verilib.Federasiya rəhbərliyi hər iki turnirdə komanda sayının artırılmasını nəzərdən keçirir.Hazırda I Liqada 10, II Liqada isə 12 komanda çıxış edir. Növbəti mövsümdən isə bu rəqəmlər dəyişəcək.AFFA I Liqada 12, II Liqada isə 14 komandalı çempionatın keçirilməsini istəyir. Ancaq turnilərə cəlb ediləcək klubların şəraiti və infrasturkturu önəmlidir. Bu səbəbdən də qurumun əməkdaşları tez-tez bölgə komandalarını ziyarət edir.Onu da əlavə edək ki, növbəti mövsümdən II Liqada büdcə artırmı da gündəmdədir.Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.