Azərbaycan I və II Liqasında komanda sayı artırıla bilər.
Bizim.Media xəbər verir ki, bununla bağlı çalışmalara start verilib.
Federasiya rəhbərliyi hər iki turnirdə komanda sayının artırılmasını nəzərdən keçirir.
Hazırda I Liqada 10, II Liqada isə 12 komanda çıxış edir. Növbəti mövsümdən isə bu rəqəmlər dəyişəcək.
AFFA I Liqada 12, II Liqada isə 14 komandalı çempionatın keçirilməsini istəyir. Ancaq turnilərə cəlb ediləcək klubların şəraiti və infrasturkturu önəmlidir. Bu səbəbdən də qurumun əməkdaşları tez-tez bölgə komandalarını ziyarət edir.
Onu da əlavə edək ki, növbəti mövsümdən II Liqada büdcə artırmı da gündəmdədir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta