RU

"Qarabağ"ın futbolçusu Azərbaycan millisinin heyətindən kənarlaşdırıldı

BAKI, 14 aprel. TELEQRAF

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, zədə səbəbindən “Qarabağ”ın futbolçusu Əli Bəşirovun əvəzinə heyətə “Qəbələ”nin oyunçusu Ariz Kərimov cəlb olunub.

Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.

Избранный
13
5
teleqraf.com

10Источники