Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, zədə səbəbindən “Qarabağ”ın futbolçusu Əli Bəşirovun əvəzinə heyətə “Qəbələ”nin oyunçusu Ariz Kərimov cəlb olunub.
Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.
saytlarin hazirlanmasi