RU

Azərbaycan nefti 125 dolları keçdi

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qlobal bazarlarda Azərbaycan neftinin qiyməti yenə artıb.

“AzPolitika” xəbər verir ki, digər bir çox neft növlərindən baha satılan “Azeri Light”-ın bir barelinin qiyməti 5,85 dollar və ya 4,88% artaraq 125,83 dollara çatıb.

Ancaq qlobal bazarlarda Brent markalı neftin qiyməti 98 dollardan aşağı düşüb.

ICE London Qitələrarası Birjasında ticarət əməliyyatları zamanı 2026-cı ilin iyun ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 1,46% azalaraq bir barel üçün 97,91 dollar olub.

Nyu-York Ticarət Birjasında (NYMEX) 2026-cı ilin may ayı üçün WTI markalı neftin qiyməti də 2,28% azalaraq bir barel üçün 96,82 dollara düşüb.

Xatırladaq ki, Azərbaycanın 2026-cı il büdcəsində neft 65 dollardan götürülüb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
1
azpolitika.info

2Источники