AZ

Azərbaycan nefti 125 dolları keçdi

Qlobal bazarlarda Azərbaycan neftinin qiyməti yenə artıb.

“7Times.az” xəbər verir ki, digər bir çox neft növlərindən baha satılan “Azeri Light”-ın bir barelinin qiyməti 5,85 dollar və ya 4,88% artaraq 125,83 dollara çatıb.

Ancaq qlobal bazarlarda Brent markalı neftin qiyməti 98 dollardan aşağı düşüb.

ICE London Qitələrarası Birjasında ticarət əməliyyatları zamanı 2026-cı ilin iyun ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 1,46% azalaraq bir barel üçün 97,91 dollar olub.

Nyu-York Ticarət Birjasında (NYMEX) 2026-cı ilin may ayı üçün WTI markalı neftin qiyməti də 2,28% azalaraq bir barel üçün 96,82 dollara düşüb.

Xatırladaq ki, Azərbaycanın 2026-cı il büdcəsində neft 65 dollardan götürülüb.

Seçilən
12
1
7times.az

2Mənbələr