RU

İran rəsmən tələb etdi: Bu 5 ərəb dövləti təzminat ödəməlidir

Tehran ABŞ-ın İrana qarşı əməliyyatındakı roluna görə Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və İordaniyadan təzminat tələb edir.

Publika.az xəbər verir ki, bu barədə İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin məktubunda bildirilir.

O, BMT-nin Baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasının sədrinə müvafiq məktub göndərib.

Sənəddə deyilir: "Bəhreyn Krallığı, Səudiyyə Ərəbistanı Krallığı, Qətər Dövləti, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya Haşimilər Krallığı... İran İslam Respublikasına beynəlxalq səviyyədə qanunsuz hərəkətləri nəticəsində dəyən bütün maddi və mənəvi zərərlərə görə kompensasiya da daxil olmaqla, tam təzminat ödəməlidirlər".

İrəvani bunu bu dövlətlərin İrana qarşı təcavüz üçün ərazilərini təmin etməklə yanaşı, bəzi hallarda İslam Respublikasında "mülki hədəfləri hədəf alan qanunsuz silahlı hücumlar"ın törədilməsində də birbaşa iştirak etdikləri ilə izah edib.

Избранный
14
12
publika.az

10Источники