AZ

İRAN 5 REGİON ÖLKƏSİNDƏN TƏZMİNAT TƏLƏB ETDİ Ölkəyə dəyən ziyanın məbləğini də açıqladı

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

"Bu beş ölkə beynəlxalq səviyyədə qanunsuz hərəkətləri ilə İran İslam Respublikasına qarşı beynəlxalq öhdəliklərini pozub və bununla da beynəlxalq məsuliyyət daşıyıblar. Onlar beynəlxalq səviyyədə qanunsuz hərəkətləri nəticəsində yaranan bütün maddi və qeyri-maddi itkilər də daxil olmaqla, vurulan ziyana görə İran İslam Respublikasına tam kompensasiya ödəməlidirlər".

“AzPolitika” xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

O, 5 yaxın region ölkəsinin İranın ABŞ və İsraillə müharibəsində ikincilərin tərəfində İrana zərər vurduğunu qeyd edib. Bunlar Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və İordaniyadır. İndi İran bu ökələrdən təzminat tələb edəcək.

Bu arada İran hökumətinin sözçüsü Fatimə Mühacərani “RİA Novosti” agentliyinə bildirib ki, İran ABŞ və İsrail bombardmanlarından dəyən ziyanı 270 milyard dollar qiymətləndirir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
12
azpolitika.info

10Mənbələr