Quba rayonunda avtomobil aşıb.
Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Təngaltı kəndində baş verib.
Belə ki, intensiv yağışlardan sonra qəzalı vəziyyətə düşən Quba-Qanaqkənd yoluna alternativ olaraq çəkilən yolun tikintisinə cəlb olunan yük avtomobillərindən biri sərt döngədə aşıb.
Qəza nəticəsində yük avtomobilinin sürücüsü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az