Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Quba rayonunda avtomobil aşıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Təngaltı kəndində baş verib.
Belə ki, intensiv yağışlardan sonra qəzalı vəziyyətə düşən Quba–Qanaqkənd yoluna alternativ olaraq çəkilən yolun tikintisinə cəlb olunan yük avtomobillərindən biri sərt döngədə aşıb.
Qəza nəticəsində yük avtomobilinin sürücüsü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.