RU

ŞOK XƏBƏRDARLIQ – Mayın 19-na qədər davam edəcək...

Aprelin 9-dan etibarən göy üzündə diqqətçəkən dəyişiklik başlayıb: Mars idarə etdiyi Qoç bürcünə keçib. 19 maya qədər davam edəcək bu dövr enerjinin ən saf və nəzarətsiz formasının üzə çıxacağı bir mərhələ kimi qiymətləndirilir. Bu müddətdə insanlar daha sürətli hərəkət etməyə meyilli olacaq, səbrsizlik artacaq və təşəbbüs göstərmək istəyi güclənəcək. Lakin bu güc düzgün yönləndirilməzsə, qarşıdurmalar və itkilər baş verə bilər.

Musavat.com xəbər verir ki, astroloq Dinçer Günerin qiymətləndirmələrinə görə, Marsın Qoç bürcünə keçməsi onun həm müsbət, həm də mənfi xüsusiyyətlərini daha qabarıq şəkildə ortaya çıxarır.

"Bu dövrdə insanlar daha cəsarətli addımlar ata bilər. Eyni zamanda ani reaksiyalar diqqət çəkə bilər. Xüsusilə nəticələri tez əldə etmək istəyi gücləndiyi üçün zaman və səbr tələb edən məsələlərdə çətinliklər yaşana bilər.

Bu dövr yeni başlanğıclar üçün əlverişli hesab olunsa da, ortaq işlər və münasibətlərdə daha eqoist yanaşma üstünlük təşkil edə bilər. Buna görə də bu sahələrdə daha diqqətli olmaq tövsiyə olunur.

Bu müddətdə rəqabət hissi artacaq, lakin bu rəqabət daha çox insanın özü ilə mübarizəsi şəklində olacaq.

Digər tərəfdən, Marsın Qoç bürcündəki aqressiv təbiəti səbəbindən gərginlik, mübahisə arta bilər.

Bu dövrdə ən vacib məqam tələskən qərarlardan qaçmaq, lazımsız risklərə girməmək və mövcud enerjini düzgün istiqamətdə istifadə etməkdir", - Güner qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
13
1
olaylar.az

10Источники