AZ

“Qara zolaq”da olan BÜRCLƏRƏ ŞOK XƏBƏRDARLIQ

“Günəş həyat enerjimizi təmsil etdiyi halda Saturn bu enerjini məhdudlaşdıran bir təsirə malikdir. Bu iki planetin eyni anda Qoç bürcündə qovuşması isə əyləcə basmaq kimidir”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri tanınmış astroloq Dinçer Güner deyib.

O bildirib ki, bu dövrdə qarşımıza aşılması lazım olan maneələr çıxacaq:

“Son günlər işlərinizin yolunda getmədiyini hiss edirsinizsə, bu, təsadüfi deyil. Yeni bir işə başlamaq, təşəbbüs göstərmək istədikdə əngəllərlə qarşılaşa bilərsiniz. İşlər planlaşdırdığınız sürətlə irəliləməyə bilər və bu da sizdə məyusluq hissi yarada bilər.

Eyni zamanda gözlənilən təsdiqlər gecikə bilər. Enerji səviyyəniz aşağı ola bilər. Bu səbəbdən daha çox istirahət etmək və mövcud sərhədləri qəbul etmək vacibdir.

Bu dövr sizdən səbr, intizam və məsuliyyət tələb edir. Atılan addımlar ani həvəslə deyil, uzunmüddətli və möhkəm təməl üzərində qurulmalıdır. Əgər bir iş üçün kifayət qədər zəhmət çəkmisinizsə, nəticəsi mütləq olacaq”. /musavat.com/

Seçilən
2
1
nocomment.az

2Mənbələr