Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
“Qəbələ” “İmişli”ni qəbul edəcək. Oyunun baş hakimi Rəşad Əhmədov olacaq.
Son oyunda isə “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Bu görüşü Kamranbəy Rəhimov idarə edəcək.
Bu turun “Şamaxı” – “Qarabağ” (0:0) və “Sabah” – “Zirə” (2:2) matçlarında qalib müəyyənləşməyib, “Karvan-Yevlax” “Kəpəz”ə (4:1), “Neftçi” “Araz-Naxçıvan”a (2:1) qalib gəlib.